Günəş yanıqlarından necə qorunmalı? Həkimlər açıqladı


Digərləri 15 İyl 2019 07:21:00 212 0

Günəş yanıqlarından necə qorunmalı?  Həkimlər açıqladı

Kanadanın Albert universitetinin dəri-zöhrəvi həkimi Robert Qniatski günəş yanıqlarının qarşısını almağın və düzgün müalicə etməyin üsullarından danışıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, bu barədə "Medixalxpress" məlumat yayıb.

Həkim bildirib ki, günəş yanıqlarını limon, bitki yağı və süd məhsulları ilə müalicə etmək effektiv deyil və sağlamlıq üçün ziyandır. Qeyd edilir ki, ilk növbədə günəş yanığı olan yeri nəm əski ilə islatmaq lazımdır. Sonra isə krem çəkmək olar. Kanadalı ekspertin fikrinə əsasən, tərkibində hidrokortizon olan krem daha effektivdir. Bununla yanaşı, ibuprofen qəbul etmək və bol miqdarda su içmək lazımdır.

Qniatski vurğulayıb ki, uşaqlarda olan günəş yanığı daha təhlükəlidir. Əgər bu yanıq müalicə olunmasa dəriə ciddi ziyan vurur və 20-30 il sonra xərçəngə səbəb olur.