İlan atan mancanaq, partlayan raketlər, "S400"lər Orta əsrlərin bilmədiyimiz savaş texnikaları


Digərləri 15 İyl 2019 07:14:00 279 0

İlan atan mancanaq, partlayan raketlər, "S400"lər  Orta əsrlərin bilmədiyimiz savaş texnikaları

Orta əsrlərin savaş texnikaları hər zaman tarixçilərin maraq dairəsində olub.

Hər sərkərdənin, hər dövlətin, hər qoşunun özünəməxsus taktikası olub. Türk millətləri daha çox Bozqurd taktikasından istifadə ediblər. Amma bundan əlavə, savaşlarda ilanlardan, fillərdən vəs. üsullardan istifadə etmək də dəb olub. Son.az bildirir ki, bu barədə "ölkə.az"a tarixçi-alim Əkbər Nəcəf məlumat verib.

Müharibələrdə qara barıtdan istifadə etməklə müxtəlif partlayıcı maddələri hazırlayanlar müsəlmanlar olublar. İstifadə edilən partlayıcılar arasında bombalar, qumbaralar, fitilli oxlar, üstünə fırlatıcı mini raketlər bağlanan oxlar, partlayan nizələr, topuz şəklində bombalar və "karürə" deyilən raketlər ilk sırada gəlirdi.

XIII əsrdə yaşamış Həsən ər-Rammah adlı bir müəllifin qələmindən çıxan "ən-Fürusiyyə vəd-Dəna sibül-hərbiyyə" adlı əsərində həm bu partlayıcıların xüsusiyyəti, həm də sxemləri əks olunub.

Raketlər və bombalar haqqında avropalılar ilk dəfə Səlib müharibələrində Məmlük türkləri ilə döyüşdə tanış oldular. Səlib müharibələrini salnaməçisi olan Jean de Jiunville düşərgələrinə hücüm edən Məmlük əsgərlərinin istifadə etdiyi bu partlayıcıları "göydən düşən ildırım" olaraq təsvir edir. Ona görə, atılan bu bombalar "havada uçan əjdahlar" idi. Davamında yazır: 

"Tam qabağımıza düşən bu əcaib şeylər içinə meyvə suyu qoyulan çəlləklərə oxşayır. Onların quyruq hissəsində böyük nizələr var". 

Ehtimal ki, müəllif, ər-Rammahın bəhs etdiyi "patlayan nizələr"i görüb. Orta əsr müharibə anlayışında mancanaq xüsusilə əhmiyyətli idi. Mancanaqların çoxlu növləri vardı. Və hər mancanaqdan da öz mexanizmasına uyğun istifadə etmək lazım gəlirdi. Yəni neft atan mancaqla daş atmaq mümkün deyildi. Ayrıca mancanaqlar xalqlara görə də fərqli idi.

Bu mancanqlar arasında ən maraqlısı əqrəb, ilan və çiyan atan mancanaqlardır. Həmin mancanaqlar haqqında orta əsrlərin müəllifi Ərənboğa Zərdkaşi məlumat verir. Özü də mancanaq ustası olna müəllif həmin mancanaqların sxemlərini çəkib əsərinə əlavə etmişdir.