Altsheymer xəstəliyi riskini azaltmağa kömək edən 9 qida vərdişi


Digərləri 15 İyl 2019 00:31:00 247 0

Altsheymer xəstəliyi riskini azaltmağa kömək edən 9 qida vərdişi

İnsanın təkcə ömür müddəti və fiziki sağlamlığı deyil, həmçinin beyninin sağlamlığı, o cümlədən beynin yaşla bağlı koqnitiv dəyişikliklərə müqavimət göstərmək bacarığı onun hansı məhsullarla qidalanmasından asılıdır.

Son.az AZƏRTAC-a istinadən Altsheymer xəstəliyi riskini azaltmağa kömək edən 9 qida vərdişini açıqlayır.

Çox yeməyin

İnsan adətən doyması üçün gərəkli olduğundan 20-30 faiz çox yeyir. Özünüzü qidanı yavaş-yavaş çeynəyərək yeməyə öyrədin. Bu, yemək porsiyasını vizual olaraq böyük göstərəcək, əslində isə qədərində yeməyinizə kömək edəcək. Sağlam çəki təkcə ürək-damar xəstəliklərinin və ya diabetin səmərəli profilaktikası deyil, həm də Altsheymer xəstəliyindən etibarlı müdafiə vasitəsidir.

Meyvə-tərəvəz yeyin

Qocalıqda zehninizin aydın qalmağını istəyirsinizsə, gündə beş porsiya meyvə-tərəvəz yeməlisiniz. Təqribən 4 min könüllünün iştirak etdiyi tədqiqat meyvə-tərəvəzin müntəzəm yeyilməsi ilə ahıl yaşlarda koqnitiv qabiliyyətlərin 40 faiz daha yavaş azalması arasında qarşılıqlı əlaqəni təsdiq edib.

Ədviyyatdan çox istifadə edin

Xoş qoxulu otlar və ədviyyat yağsız, şəkərsiz və duzsuz yeməklərə dad verir. Onların çoxu xərçəngin, artritin, depressiya və Altsheymer xəstəliyinin inkişafını xeyli azaldan faydalı antioksidantlarla zəngindir.

Əti bişirməzdən əvvəl onu basdırma edin

Əgər qızarmış ət sevirsinizsə, əti qızartmamışdan əvvəl onu ya basdırma edin, ya da soyutmasını hazırlayın. Bu, baş beyində təhlükəli törəmələrə səbəb olan zərərli birləşmələrin qarşısını almağa kömək edir. Əgər qızarmış ətdən imtina edə bilmirsinizsə, onda onu daha təhlükəsiz üsulla bişirin.

Həftədə bir dəfə yağlı balıq yeyin

Balıqlar, xüsusilə Şimaldakı soyuq sututarlarda yaşayan balıqlar tərkibində omeqa-3 turşuları olan yağla zəngindir. Omeqa-3 turşuları daxili orqanlarda iltihab proseslərini yavaşıdan çox faydalı birləşmələrdir. Mütəmadi yağlı balıq yemək (həftədə azı bir dəfə) Altsheymer xəstəliyinin inkişaf riskini 60 faiz azaldır.