Alimlər pəhriz zamanı piylənməyə nəyin səbəb olduğunu açıqladılar


Digərləri 14 İyl 2019 23:30:00 257 0

Alimlər pəhriz zamanı piylənməyə nəyin səbəb olduğunu açıqladılar

Stresin yüksək həddi hətta qidalanmaya fikir verən insanlarda da piylənmə ilə nəticələnir.

Son.az ölkə.az-a istinadən bildirir ki, bu barədə Rusiya mətbuatı xəbər məlumat verib. Məlumata əsasən, piylənməyə səbəb qalxanvari vəzə təsir edən kortizol hormonunun səviyyəsinin artmasıdır. Bu isə iştaha və maddələr mübadiləsinə də təsir edir.

Stresin çox olması qalxanvari vəzin daha asta işləməsinə, bununla da piyyandırma prosesinin zəifləməsinə səbəb olur. Eyni zamanda kortizol yuxu vaxtı beyini stimullaşdıran bəzi hissələrə də təsir edir. Bu isə aclığa cavab verən qrelin hormonu sintezinin artmasına səbəb olur. Belə olan halda insan daha çox qida qəbul edir. Məhz bu səbəbdən arıqlamağa çalışan insanlar sinir sistemlərinin qayığısına qalmalıdırlar.