Cinsi zəifliyi qısa müddətə həll edən SIYIĞIN RESEPTİ


Digərləri 14 İyl 2019 22:59:00 263 0

Cinsi zəifliyi qısa müddətə həll edən SIYIĞIN RESEPTİ

Bir çox alimin fikrinə əsasən, bəzi yarmalar kişilərə digər qidalardan daha çox yaxşı təsir edir.

Son.az ölkə.az-a istinadən bildirir ki, son araşdırmalara görə, qarabaşaq sıyığı ən faydalı sıyıqlardan sayılır. Mütəxəssislərin fikrinə əsasən, bu sıyıq kişi orqanizmində iltihab prosesini aradan qaldırır, cinsi zəifliyi yox edir. Qarabaşaq sıyığının tərkibi zülalla zəngindir və karbohidratlar azdır. Eyni zamanda, B qrupu vitamini ilə də zəngindir və orqanizmi dəmirlə təmin edir.

Yaxşı nəticə əldə etmək üçün sıyığı düzgün hazırlamaq lazımdır: Axşamdan qarabaşağı yumaq, üzərinə qaynar su əlavə edib qapağını örtmək lazımdır. Səhər isə yoqurt və ya kefir əlavə edib yemək olar. Düyü də kişi orqanizminə faydalıdır. Amma bu zaman tərkibində amin turşusu, mikroelementlər, maqnium, yod və sink olan yabanı düyü seçmək lazımdır. Sink olmasa, kişilərdə testosteron hormonu ifraz olunmur.

Yulaf yarmasının da tərkibində sink var. Eyni zamanda antioksidantla da zəngindir və damarların, dərinin elastikliyini artırır.