Rusiyada ağır qəza: 5 ölü


Dünya 14 İyl 2019 22:10:00 241 0

Rusiyada ağır qəza: 5 ölü

Rusiya Federasiyasının Başqırdıstan Respublikasında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb, daha 15 nəfər isə yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Ufa - Beloresk avtomobil yolunda baş verib.

Belə ki, içərisində 39 nəfər sərnişin olan "King Long XMQ" markalı avtobus aşıb. Qəza nəticəsində 5 nəfər ölüb, daha 15 nəfər yaralanılıb.

Hadisə yerinə polis və xilasedicilər cəlb olunub.