Rusiyada ağır qəza, 5 nəfər ölüb


Digərləri 14 İyl 2019 21:58:58 215 0

Rusiyada ağır qəza, 5 nəfər ölüb

Rusiya Federasiyasının Başqırdıstan Respublikasında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb, daha 15 nəfər isə yaralanıb

Bakı. Rusiya Federasiyasının Başqırdıstan Respublikasında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb, daha 15 nəfər isə yaralanıb. Trend-in məlumatına görə, hadisə Ufa - Beloresk avtomobil yolunda baş verib. Belə ki, içərisində 39 nəfər sərnişin olan "King Long XMQ" markalı avtobus aşıb. Qəza nəticəsində 5 nəfər ölüb, daha 15 nəfər yaralanılıb.