Nepalda daşqınlar nəticəsində ölənlərin sayı artıb


Digərləri 14 İyl 2019 21:21:12 188 0

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı artıb

Nepalda güclü yağışlar səbəbindən baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı artıb

Bakı. Nepalda güclü yağışlar səbəbindən baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı artıb. Trend-in məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 55-yə çatıb, daha 25 nəfər isə xəsarət alıb. Daha əvvəl 50 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilirdi. Bundan əlavə, azı 35 nəfər itkin düşmüş sayılır. Onların axtarışları aparılır.