Bu qaydalara əməl edərək, ÖZ STİLİNİZİ YARADIN


Digərləri 14 İyl 2019 20:50:00 239 0

Bu qaydalara əməl edərək, ÖZ STİLİNİZİ YARADIN

Hər kəs dəblə ayaqlaşmaq və cazibədar görünmək istəyir.  Bəzən isə buna nail olmaq elə də asan olmur. Son.az lent.az-a istinadən dəb ikonası kimi görünməyiniz üçün 7 qaydanı diqqətinizə çatdırır.

Trendləri unudun

Cazibədar görünməyiniz üçün ilk qayda öz trendinizi özünüzün yaratmağınızdır. Sizə yaraşan rəng və parçaları seçin. 

Bədən formasına uyğun geyinmək

Bədən ölçülərinizi diqqətə alaraq geyinin. Öz bədəninizi tanımadan geyinsəniz, olduğundan kilolu və qısa görünə bilərsiniz. Hansı kəsim formasının sizə uyğun olub-olmadığına diqqət edin.

Əyləncə vacib deyil

Hər zaman rəngli paltar geyinməyi məcburiyyətə çevirməyin. Bəzən rəngsiz paltarlar da sizi daha şıq göstərə bilər.  

Sadəlik

Zəhmət çəkmədən bir şıqlığa sahib olmaq istəyirsinizsə, sadə və düz rəngli paltarlarınızın üzərinə gözəçarpan aksessuarlar taxaraq, bu görünüşə sahib ola bilərsiniz.


Xəbərə aid fotolar