Bu ölkədə daşqınlar və torpaq sürüşmələri 50 nəfərin ölümünə səbəb olub


Dünya 14 İyl 2019 20:30:00 222 0

Bu ölkədə daşqınlar və torpaq sürüşmələri 50 nəfərin ölümünə səbəb olub

Nepalda güclü yağışlar səbəbindən baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı artıb.

Trend-in "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 50-yə çatıb, daha 25 nəfər isə xəsarət alıb. Daha əvvəl 43 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilirdi.

Məlumata əsasən, ölənlərdən 22-si qadın və 28-i kişi olub. Bundan əlavə, azı 35 nəfər itkin düşmüş sayılır. Onların axtarışları aparılır.