İkimərtəbəli ev yanıb


Digərləri 14 İyl 2019 20:39:00 200 0

İkimərtəbəli ev yanıb

Şamaxıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Çuxuryurd kəndində ümumi sahəsi 140 m² olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə və 2-ci mərtəbəsində mətbəxin taxtadan ibarət tavanı 6 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.