Nepalda daşqınlar və torpaq sürüşmələri 50 nəfərin ölümünə səbəb olub


Digərləri 14 İyl 2019 20:26:00 206 0

Nepalda daşqınlar və torpaq sürüşmələri 50 nəfərin ölümünə səbəb olub

Nepalda güclü yağışlar səbəbindən baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı artıb

Bakı. Nepalda güclü yağışlar səbəbindən baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı artıb. Trend-in "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 50-yə çatıb, daha 25 nəfər isə xəsarət alıb. Daha əvvəl 43 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilirdi. Məlumata əsasən, ölənlərdən 22-si qadın və 28-i kişi olub. Bundan əlavə, azı 35 nəfər itkin düşmüş sayılır. Onların axtarışları aparılır.