Bakıda avtomobil dayanacağında yanğın baş verib


Digərləri 14 İyl 2019 20:19:00 190 0

Bakıda avtomobil dayanacağında yanğın baş verib

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, şəhərin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisindəki avtomobil dayanacağında "Nissan" markalı minik avtomobilinin 2 ədəd təkəri, mühərrik və salon hissəsi yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan "Hyundai" markalı minik avtomobilinin güzgüsü əriyib.

Hər iki avtomobilin qalan hissələri və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.