Tanınmış bloger faciəvi şəkildə öldü FOTO


Dünya 14 İyl 2019 17:39:00 243 0

Tanınmış bloger faciəvi şəkildə öldü  FOTO

Tanınmış britaniyalı bloger Emili Hartric 35 yaşında yol qəzası nəticəsində həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, E.Hartric Londonda öz evi yaxınlığında elektrik skuterdə yük maşını ilə toqquşub.

"YouTube" və "Instagram" ulduzu hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Emili Hartric "YouTube"dakı bloqu (340 min izləyici) və "Instagram" hesabı (50 min izləyici) sayəsində tanınıb. E.Hartricin bloqunun əsas mövzuları "lifestyle" (həyat tərzi) və sağlam həyat tərzi olub. "YouTube" və "Instagram" ulduzu tez-tez məşqlərdən foto və videolar, həmçinin səyahətlərdən vloqlarla paylaşırdı.


Xəbərə aid fotolar