S400 komponentlərini daşıyan daha bir təyyarə Türkiyədə eniş etdi


Dünya 14 İyl 2019 16:53:00 234 0

S400 komponentlərini daşıyan daha bir təyyarə Türkiyədə eniş etdi

S-400 zenit-raket komplekslərinin komponentlərini daşıyan 7-ci Rusiya təyyarəsi Türkiyədə enib.

Son.az Trend-ə istinadən bildirir ki, təyyarə Mürted hərbi-hava bazasında eniş edib.

Xatırladaq ki, bu gün komponentləri daşıyan daha 2 təyyarənin eniş etdiyi barədə məlumat verilirdi.

Qeyd edək ki, S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması iyulun 12-dən başlayıb.