Azərbaycan güləşçiləri Türkiyədə bir qızıl, bir bürünc medal qazanıblar (FOTO)


Digərləri 14 İyl 2019 16:48:28 168 0

Azərbaycan güləşçiləri Türkiyədə bir qızıl, bir bürünc medal qazanıblar (FOTO)

Türkiyənin İstanbul şəhərində keçirilən sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turniri sona yaxınlaşır

Bakı. Türkiyənin İstanbul şəhərində keçirilən sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turniri sona yaxınlaşır. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, üçüncü yarış günündə yığmamızın son 5 üzvü mübarizəyə qoşulub. Mahal Novruzov debütdə Türkiyə təmsilçisinə, Murad Süleymanov isə komanda yoldaşı Aleksandr Qostiyevə uduzub. Daha sonra Rio Olimpiadasının gümüş medalçısına qalib gələn Qostiyev yarımfinala yüksəlib. Slovakiya nümayəndəsini də yenən Aleksandr finala vəsiqə qazanıb. İyulun 14-də Hindistandan olan rəqibinə də qalib gələn yığma üzvü qızıl medala sahib olub. Mübarizəyə 1/4 finaldan qoşulan Şamil Zubairov da Türkiyə idmançısını üstələyərək adını yarımfinala yazdırıb. Ancaq ABŞ pəhləvanı gənc güləşçimiz üçün keçilməz olub. Zubairovun təsəllisi bürünc medal olub.