İranda neft hasilatı son 30 ilin ən aşağı səviyyəsinə düşüb


Dünya 14 İyl 2019 16:33:00 184 0

İranda neft hasilatı son 30 ilin ən aşağı səviyyəsinə düşüb

İranda neft hasilatı iyun ayında bir sutka ərzində 2,28 milyon barellə düşüb.

Son.az musavat.com-a istinadən bildirir ki, bu son 30 ilin ən aşağı göstəricisidir.

Mövcud rəqəmlər Beynəlxalq energetik agentliyinin aylıq hesabatlarında açıqlanıb.

Agentliyin verdiyi məlumata görə, bu ilin may ayı ilə müqayisədə hasilat sutka ərzində 120 min barrelə enib. Neftin dəniz nəqliyyatı vasitəsilə tədarükü 450 min s/b azalaraq 530 min s/b təşkil edib.

2018-ci ilin mayına, yəni ABŞ-ın İranla imzalanan nüvə anlaşmasından çıxmasına qədər rəsmi Tehran 2,6 milyon barrel neft hasil edə bilirdi.

2019-cu ilin mayında isə ABŞ İrandna neft alan ölkələrə tətbiq olunan bir sıra istisnaları da qaldırıb. Bu səbəbdən Türkiyə İrandan günlük neft alımını 70 min barreldən 30 minə, Çin isə 100 mindən 40 min barelə qədər azaldıb. "Əgər sanksiya tətbiq olunan Suriya nəzərə alınmasa qalan neft tədarüklərinın hamısı naməlum istiqamətlərə yönəldilib", deyə BEA-nın sənədində bildirilir.