İndoneziyada güclü zəlzələ baş verib


Dünya 14 İyl 2019 15:35:00 234 0

İndoneziyada güclü zəlzələ baş verib

İndoneziya ərazisində 7,3 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri Sofifi yaşayış məntəqəsindən 152 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.