Cəlilabadda 5 otaqlı ev yanıb


Digərləri 14 İyl 2019 15:01:38 222 0

Cəlilabadda 5 otaqlı ev yanıb

Cəlilabadda yanğın qeydə alınıb

Bakı. Cəlilabadda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, rayonun Bədirli kəndində ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 68 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.