Dövlət Turizm Agentliyindən Şəki Xan Sarayı qarşısında baş verən hadisə ilə bağlı AÇIQLAMA


Digərləri 14 İyl 2019 14:36:15 211 0

Dövlət Turizm Agentliyindən Şəki Xan Sarayı qarşısında baş verən hadisə ilə bağlı AÇIQLAMA

Dövlət Turizm Agentliyi Şəki Xan Sarayı qarşısında baş verən hadisə ilə bağlı ilkin açıqlama yayıb

Bakı. Samir Əli - Dövlət Turizm Agentliyi Şəki Xan Sarayı qarşısında baş verən hadisə ilə bağlı ilkin açıqlama yayıb. Trend-in Agentliyə istinadən verdiyi məlumata görə, bu gün saat 12:00 radələrində Şəki Xan Sarayının qarşısında çinar ağacının budağı yerə düşərək insanlara xəsarət yetirib. Xəsarət alanlar arasında həm yerli, həm də xarici vətəndaşlar var. İlkin məlumata görə hadisə ilə bağlı 19 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onlardan ikisi xəstəxanaya yerləşdirilib, digər 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, bir qisminin müalicəsi hazırda davam edir. Paytaxtdan xəstəxanaya yerləşdirilən 2 şəxsə görə yüksək ixtisaslı mütəxəsislər çağırılıb.