İndoneziyada 7,3 bal gücündə zəlzələ baş verib


Digərləri 14 İyl 2019 14:13:48 198 0

İndoneziyada 7,3 bal gücündə zəlzələ baş verib

İndoneziya ərazisində 7,3 bal gücündə zəlzələ baş verib

Bakı. İndoneziya ərazisində 7,3 bal gücündə zəlzələ baş verib. Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Sofifi yaşayış məntəqəsindən 152 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.