Bakıda 1 nəfər su quyusuna düşərək öldü


Digərləri 14 İyl 2019 13:51:00 227 0

Bakıda 1 nəfər su quyusuna düşərək öldü

Bakıda 1 nəfər su quyusuna düşüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Son.az-a verilən məlumata görə, FHN-nin"112" qaynar telefon xəttinə, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1958-ci il təvəllüdlü İsmayılova Tahirə Müzəffər qızının meyitini su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.