Şəki xan sarayında ağac aşdı:


Digərləri 14 İyl 2019 13:57:00 345 0

Şəki xan sarayında ağac aşdı:

Şəki xan sarayında hadisə baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sarayın həyətindəki böyük çinar ağacı aşıb. Ağacın budağının ziyarətçilərin üstünə düşdüyü deyilir. Yaralıların olduğu bildirilir.  

Səhiyyə Nazirliyindən qafqazinfo-ya bildirilib ki, baş vermiş hadisə ilə bağlı ilkin olaraq xəstəxanaya 19 nəfər müraciət edib. Onlardan ikisi hospitalizasiya olunub. 17 nəfərə ilkin tibbi yardım göstərilib, digərlərinin müalicəsi hazırda davam edir.  2 yaralıya görə paytaxtdan yüksək ixtisaslı mütəxəssilər çağırılıb.