Avstraliya sahillərində güclü zəlzələ olub


Dünya 14 İyl 2019 12:20:00 231 0

Avstraliya sahillərində güclü zəlzələ olub

Avstraliya sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, "UTC" vaxtı ilə saat 05:39-da qeydə alınan yeraltı təkanların episentri Qərbi Avstraliya ştatı sahilləri yaxınlığında, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.