Bakıda gənc oğlan bıçaqlandı
Kriminal 14 İyl 2019 10:11:00 263 0
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
Son.az APA-ya istinadən xəbər verir ki, hadisə A.Nemətullah küçəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Əliyev Babək Oqtay oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, o, cərrahi əməliyyat olunub. Vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Mənbə: milli.az