Türkiyədə saxta spirtli içkidən daha bir nəfər zəhərləndi


Dünya 14 İyl 2019 09:58:00 201 0

Türkiyədə saxta spirtli içkidən daha bir nəfər zəhərləndi

Türkiyənin Adana vilayətində saxta spirtli içkidən daha bir nəfər zəhərlənib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Ceyhan rayonunda baş verib.

Rayon polis bölməsinin əməkdaşları tərəfindən saxta spirtli içki satmaqda şübhəli bilinən dörd nəfər saxlanılıb.

Saxta spirtli içkidən zəhərlənmiş üç nəfər müalicə almağa davam edir.