Əfqanıstanda otelə hücum zamanı ən azı 8 nəfər həlak olub


Dünya 14 İyl 2019 08:55:00 201 0

Əfqanıstanda otelə hücum zamanı ən azı 8 nəfər həlak olub

Əfqanıstanın şərqindəki Badqiz vilayətində yerləşən otelə hücum zamanı ən azı səkkiz nəfər həlak olub və ondan artıq insan yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Press TV" telekanalı xəbər verib.

Öncə terakta dörd nəfərin həlak olması barədə bildirilmişdi.

Qeyd edək ki, yerli vaxtla saat 12:40-da bir qrup silahlanmış şəxs otelə daxil olaraq atəşə açıb. Bildirilir ki, otelə bir qrup silahlı şəxslər hücum ediblər. Onlardan üçü ölkənin təhlükəsiz qüvvələri tərəfindən öldürülüb, iki nəfəri isə həbs edilib.