""Daydayı olub" deyənlər məni tanımayanlardır" Uğur hekayəsi FOTO


Digərləri 14 İyl 2019 07:44:00 267 0

""Daydayı olub" deyənlər məni tanımayanlardır"  Uğur hekayəsi  FOTO

IBM-də çalışan həmyerlimiz Kamran İbiyev: "Bəzən deyirlər ki, filankəsin bəxti gətirib, buna inanmıram"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Tələbəlik müddətində şirkətlərə təcrübə üçün müraciət edəndə gərək bir az dirəniş göstərəsən. Bilməlisən ki, müraciət etdiyin şirkətlərin 10 faizi sənə geri dönüş edəcək. O 10 faizlə də müsahibə prosesinə gedirsən, onlardan da 1-2 faizi nəticə verir".   O, dediklərini öz təcrübəsində tətbiq edib, nəticədə Macarıstanda fəaliyyət göstərən dünyanın iki böyük şirkətində təcrübə imkanı qazanıb. Nəticədə 500.000-dən çox işçisi ilə dünyanın 200-dən çox ölkəsində fəaliyyət göstərən IBM-i seçib və 6 ay sonra şirkətdən iş təklifi alıb.   Müsahibimiz hazırda Macarıstanda IBM şirkətində proqramçı (software engineer) kimi çalışan azərbaycanlı gənc Kamran İbiyevdir.   - Feysbukda iş yeri olaraq yalnız IBM yazılıb. İşləməyə elə bu şirkətdə başlamısınız, ya necə?

- Mən işləməyə məktəb vaxtından - 15-16 yaşımdan başlamışam. Məktəb vaxtı ofisiant işləyirdim. Daimi iş deyildi, toydan-toya gedirdim. Həm ailəyə maddi cəhətdən dəstək olmaq istəyirdim, həm də 10-11-ci siniflərdə öz hazırlıq pulumu ödəmək üçün çalışırdım. Çünki hazırlıq pulu heç də az məbləğ deyildi, ailəmin də məni hazırlığa göndərəcək dərəcədə maddi imkanı yox idi. Ona görə, özüm pul qazanmağa çalışırdım ki, hazırlığa gedə bilim.

 - Universitetə hazırlaşan şagirdlər 10-11-ci siniflərdə adətən fikirlərini ancaq hazırlıqlara yönəldirlər ki, yaxşı nəticə göstərə bilsinlər. İşləmək dərslərə az vaxt ayırmağınıza təsir göstərmirdi?

- Təbii ki avtomatik təhsilimin keyfiyyətimi bir az aşağı salırdı. Çünki işləyib yorğun gəlirdim, bundan sonra dərs oxumaq heç də asan olmurdu. Mənimlə Türkiyədə təqaüdlü təhsil qazananlarla söhbət edəndə deyirdilər ki, günün 8 saatını oxumağa sərf ediblər, 4 saat da hazırlıqda olublar. Amma məndə o imkan yox idi. Həm də işləməliydim ki, ayın axırı hazırlığa verməyə pulum olsun.

- "Valideynimin imkanı yoxdur" deyib, ali təhsil fikrindən daşınan məktəblilər az deyil...

- Bizdə məktəb vaxtı çox uşaq nə olmaq, haralara getmək istəyini dərk etmir. Amma mən məktəbdə oxuduğum müddətdə artıq xaricdə təhsil almaqla bağlı fikrimi qətiləşdirmişdim. Xaricdə təhsil almaqla bağlı prosedurları araşdırırdım. İldə 48 nəfər azərbaycanlının qəbul edildiyi bir TCS (Türk Cumhuriyetleri ile Türk ve Akraba Toplulukları Sınavı) imtahanı var idi. O 48 nəfərdən biri ola bildim və Türkiyədə tam təqaüdlü təhsil qazandım. Maraqlısı odur ki, o 48 nəfərdən 47-si özəl liseylərdə oxumuşdu, orta məktəbi bitirib o imtahanı qazanan bircə mən idim. 

- Həm də psixoloji olaraq motivasiya olmalıdır ki, bir şagird həm oxusun, həm də işləyib pul qazanmaq haqqında düşünsün.

- O vaxt internetdə indiki kimi istədiyimiz qədər məlumat yox idi. Mən Türkiyədəki TCS imtahanı ilə bağlı dostlarımdan eşitmişdim. Dostlarım dedilər ki, belə bir imtahan var, hazırlaşa bilərik. Hazırlıq zamanı bir dəfə sınaq imtahanına girdim. İmtahan kitabçasının üz qabığında İstanbuldakı Boğaz körpüsünün şəkli var idi. Şəklə baxanda özümə dedim ki, ora getməliyəm, mən bunu istəyirəm. Bir xəyal kimi ağlımda qaldı. Bu xəyal mənim üçün bir motivasiya oldu. Sırf xaricdə təhsilə fokuslanmışdım.

- Arzusunda olduğunuz xarici universitetdə tələbə adını qazanmağı bacardınız.

- Bəli, əziyyətlərim bəhrəsini verdi və qəbul oldum. Lakin həmin ərəfədə atam rəhmətə getdi deyə, Türkiyədə təhsildən imtina etmək qərarı verdim. Çünki qardaşım hərbi xidmətdə idi, anamı burda qoyub getmək istəmirdim. Amma anam bu təhsili almağım üçün çox israr etdi, ona görə sonra getdim.   - Tələbəlik müddətində də işləməyə davam etdiniz?

- Birinci kursun sonunda yay tətilində Antalyada rus, ingilis, türk və Azərbaycan dillərində tərcüməçi kimi turizm sektorunda çalışdım. İkinci kursda da belə davam etdim. 2-ci kursa qədər pul qazanmağı, dil biliklərimi inkişaf etdirməyi düşünürdüm və o istiqamətdə işlərə gedirdim. Sonra artıq karyera yönümlü tərəfə fokuslandım. 3-cü kursda yoldaşım Sevinclə nişanlı idik. Birlikdə İngiltərəyə getdik, Mançesterdə bir şirkətdə təcrübə keçdik, mən kompüter texnologiyaları üzrə, o da biznes sahəsində. 4-cü kursda isə Anadolu Texniki Peşə Liseyində kompüter texnologiyaları və veb proqramlaşdırma üzrə dərs dedim. Bir il orda işlədim. 

- Tələbəlikdə də dayanmamısınız, yəqin ki maddi cəhətdən tələbəlik dövründə çətinliyiniz olmaz.

- Mən tam təqaüd qazanmışdım. Bu da o deməkdir ki, təhsil haqqım, qalmaq yerim, yeməyim, sağlamlıq sığortam qarşılanırdı. Əlavə olaraq da təqaüd verilirdi. O təqaüd də tələbə üçün kifayət qədər yaxşı məbləğ idi. Hətta o puldan kənara atıb yığa da bilirdim, ailəyə də göndərməyə çalışırdım. Şəxsi texnoloji ehtiyaclarımı da alırdım.

- Oxuyan, həm də pul qazanmaq üçün çalışan bir tələbə olaraq maraqlı tələbəlik keçirə bilirdiniz?

- Bəli, çox canlı tələbəlik keçirmişəm. Təhsil aldığım müddətdə Türkiyənin çox şəhərini gəzdim. Sosial həyat, əyləncə də öz yerində olub. Mənə görə təhsil müddəti sadəcə tələbəliklə kifayətlənməməlidir, onun içində əyləncə, sosial həyat da olmalıdır. Ancaq təhsil müddətinin sonunda əlində nə olacağını da öncədən düşünməlisən. Gənclərin çoxu universiteti bitirəndə təcrübəsizlikdən gileylənir. Bir də baxırlar ki, universitet bitdi, ingilis dilini öyrənməyiblər, heç bir sertifikat əldə etməyiblər, konfranslara qatılmayıb, təcrübə yığmayıb, ancaq dərsə gedib-gəlməklə kifayətləniblər. Bu da yaxşı bir şey deyil.   - Universiteti 2015-ci ildə bitirmisiniz, 2017-də də hazırda çalışdığınız şirkətdə işləməyə başlamısınız. 2 il müddətində neylədiniz?

- Bir ili də hərbi xidmətə hesablayın (gülür). Hərbi xidmətə getməmişdən öncə biz magistratura üçün lazım olan bütün proseslərdən keçmişdik, sadəcə müraciət etmək qalmışdı. Əsgərlikdə olduğum müddətdə Sevinc ikimiz üçün də Avropa universitetlərinə magistr təhsili üçün müraciət edirdi. Qayıdanda artıq universitet hazır idi, ikimiz də Macarıstana tam təqaüdlü magistratura təhsili qazanmışdıq. 2016-cı ildə avqustda evləndik və növbəti təhsil pilləsi üçün Budapeştə yollandıq.

- IBM-ə işə düzəlməyiniz necə oldu?


Xəbərə aid fotolar