Cüdoçumuz Macarıstanda bürünc medal qazanıb (FOTO)


Digərləri 14 İyl 2019 07:48:10 202 0

Cüdoçumuz Macarıstanda bürünc medal qazanıb (FOTO)

Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən cüdo üzrə "Qran-Pri" yarışı davam edir

Bakı. Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən cüdo üzrə "Qran-Pri" yarışı davam edir. Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, beynəlxalq turnirin 2-ci günü Azərbaycan cüdoçusu Telman Vəliyev milli komandamızın aktivinə medal yazdırıb. 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Portuqaliya, Macarıstan, İsveç və Perudan olan rəqiblərinə qalib gələrək yarımfinala çıxıb. Bu mərhələdə Rusiya təmsilçisinə uduzan Telman Vəliyev 3-cü yer uğrunda görüşdə yaponiyalı Masaşi Ebinuma üzərində qələbə qazanıb. Beləliklə Azərbaycan cüdoçusu Budapeşt "Qran-Pri"sində bürünc medala sahib olub.