Pul xərcləmədən yaxşı vaxt keçirməyin 12 yolu
Digərləri 14 İyl 2019 07:22:00 222 0
Son.az kaspi.az-a istinadən yazını təqdim edir.
Nə qədər mümkünsüz görünsə də, əslində əylənmək üçün pul xərcləməyə, yaxud imkanlı olmağa ehtiyac yoxdur. Bir qəpik belə pul xərcləmədən vaxtınızı dəyərli keçirə bilərsiniz.
Bu dəfə "Gənclərə məsləhət" rubrikamızda pul xərcləmədən yaxşı vaxt keçirməyin 13 yolunu sizinlə bölüşürük. Məsələn, bu həftə sonu bunları sınaya bilərsiniz.
1. Film gecəsi: Bir gecəni ailənizlə birlikdə film seyr etməyə həsr edin. Bu həftə sonu evinizdə komediya filmi festivalı keçirin. Gülmək insanları xoşbəxt edir. Hələ bunu sevdiklərinizlə birlikdə edirsinizsə, bu, daha da zövqvericidir.
2. Komanda oyunu Birlikdən qüvvət doğar. Birinin həyətində, yaxud boş ərazidə dostlarınızla birlikdə oyun oynamaq əsl istirahətdir. Həm aranızdakı münasibət güclənir, həm də enerjinizi faydalı yerə xərcləyirsiniz. 3. Məşq İdman etmək sağlamlığın açarıdır. İnternetdə müxtəkif məşq metodları var. Bundan əlavə, piyada yerimək və qaçmaq da seçimlər arasındadır.
4. Şəkil çəkmək Qələm və kağızdan başqa heç nəyə ehtiyac yoxdur! Beyninizdəki düşüncələri kağıza tökmək ən böyük istirahətdir.
5. Fotoqraflıq Kameranız olmasa belə, evinizdə maraqlı guşələr və əşyalar çəkmək üçün telefonunuzdan istifadə etmək mümkündür. Bunu kənarda edə və ziyarət etdiyiniz yerlərin gözəl şəkillərini çəkə bilərsiniz!
6. Təmizlik Bəzi insanları təmizlik işləri ilə məşğul olmaq xoşbəxt edir. Əgər siz də onlardan birisinizsə, darıxarkən çölə çıxıb pul xərcləmək əvəzinə, evdə təmizlik etməyə cəhd edə bilərsiniz.
7. Karaoke Səsinizin gözəl olub-olmamağı önəmli deyil. Çox xoşladığınız bir mahnı varsa və oxumaq istəyirsinizsə, oxuyun!