Şəhriyar Məmmədyarov “Grand Chess Tour 2019” seriyasında dörddəbir finala yüksəlib


Digərləri 14 İyl 2019 03:47:39 238 0

Şəhriyar Məmmədyarov “Grand Chess Tour 2019” seriyasında dörddəbir finala yüksəlib

Riqada Beynəlxalq Şahmat Federasiyasının (FIDE) və “World Chess” şirkətinin birgə təşkilatçılığı ilə “Grand Prix 2019” seriyasının ikinci mərhələsi çərçivəsində cavab oyunları keçirili

Bakı. İyulun 13-də Riqada Beynəlxalq Şahmat Federasiyasının (FIDE) və “World Chess” şirkətinin birgə təşkilatçılığı ilə “Grand Prix 2019” seriyasının ikinci mərhələsi çərçivəsində cavab oyunları keçirilib. Trend-in məlumatına görə, bu yarışda Azərbaycanı təmsil edən qrossmeyster Şəhriyar Məmmədyarovun rusiyalı şahmatçı Daniel Dubovla ikinci oyunu şahmatçımzın qələbəsi ilə başa çatıb. Ş.Məmmədyarov bununla da turnirin dörddəbir final mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, iyulun 12-də şahmatçımız rəqibi ilə ilk oyununu heç-heçə başa vurmuşdu.