Təzəcə məzun olan baba: Auditoriyada


Digərləri 13 İyl 2019 23:52:00 44 0

Təzəcə məzun olan baba: Auditoriyada

Azərbaycan Dövlət İqtisad Universitetinin 100 illiyi ərəfəsində bu təhsil ocağından ilk dəfə 52 yaşlı tələbə məzun olub. Söhbət Qəbələ rayonunun Soltannuxa kənd sakini İqrar Sədr oğlu Əhmədovdan gedir. O, 1968-ci ildə keçmiş Qutqaşen, indiki Qəbələ rayonunun Soltannuxa kəndində anadan olub. Atası Əhmədov Sədr rayonun ilk əməkdar müəllimidir. Əhmədovları kənddə hamı veteranlar ailəsi kimi tanıyır.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, 1985-ci ildə orta məktəbi bitirən qəhrəmanımız 3 il sonra Bakı Maliyyə-Kredit Texnikumuna daxil olub və 1992-ci ildə həmin məktəbi bitirib. Rayona qayıdaraq maliyyə və vergi idarələrində fəaliyyətə başlayan İqrar kişi səliqəsi və düzgünlüyü ilə işçilər arasında sayılıb-seçilib.

1996-cı ildə İqrar Əhmədov Texniki Universiteti başa vuraraq ali məktəb diplomuna sahib olur. Ancaq işlədiyi təşkilatda ona bildirilir ki, ali təhsilinin iqtisadiyyat üzrə olması vacibdir. Bu bəhanə ilə işindən uzaqlaşdırılan İqrar kişi qarşısına məqsəd qoyur və 1997-ci ildə İqtisad Universitetinə imtahan verərək qəbul olunur. Tələbələr arasında yaşı və təcrübəsi ilə seçilən İqrar müəllimlərin də sevgi və hörmətini qazanır.

"Beləliklə, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə qiyabi təhsil almağa başladım. O vaxt 29 yaşım var idi. Təhsil qiyabi olduğu üçün 5 illik idi, 4 kurs oxudum, amma sonra həm ailədə maddi cəhətdən çətinliklər oldu, həm də universitetdə müəyyən ədalətsizliklər gördüm deyə təhsili davam etdirmədim. Bir ilim qaldı", - İqrar kişi xatırlayır.

Yaşlı tələbə imtahanlar zamanı bir müəlliminin inadı ucbatından təhsilini yarımçıq saxlamalı olur və doğma kəndinə qayıdır. İllər keçdikcə ailə və məişət qayğılarına başı qarışan İqrar kişi bütün çətinliklərə baxmayaraq təhsili bitirmək arzusunda idi. Yeri gəlmişkən, İqrar Əhmədov ailəlidir və üç övladı, nəvələri var. O, iki uşağına təhsil verib, balaca övladı da bu il ali məktəbə qəbul olunub.

Kiçik övladı imtahana hazırlaşanda İqrar kişi 18 il öncə yarımçıq qoyduğu təhsilini davam etdirmək qərarına gəlir. Ötən il Azərbaycan İqtisad Universitetinin dekanı ilə görüşən İqrar Əhmədov yenidən ali məktəbə qəbul olunmaq şansı əldə edir. İki ay gecə-gündüz hazırlaşaraq 17 fərq imtahanı, ümumilikdə isə 21 imtahan verərək yenidən tələbə adını qazanır.


Xəbərə aid fotolar

Əzrayil Həzrət Musanın canını necə aldı? like
  • 13 İyl 23:50  
Digərləri Əzrayil Həzrət Musanın canını necə aldı?

Bir gün Əzrayil (ə) Həzrət Musanın (ə) yanına gəlir.

arrow Ətraflı
Mülayimlik və xoşxasiyyətlilik like
  • 13 İyl 23:45  
Digərləri Mülayimlik və xoşxasiyyətlilik

Uca Allah Hz.Məhəmmədin (Ona Salam olsun) böyük bir əxlaq sahibi olduğ

arrow Ətraflı
Hәya.. like
  • 13 İyl 23:40  
Digərləri Hәya..

Hәya - insan әxlaqının әn әsas özәlliklәrindәn biri vә bәlkә dә, b

arrow Ətraflı
Banqladeşdə ildırım vurması nəticəsində 14 nəfər ölüb like
  • 13 İyl 23:37  
Dünya Banqladeşdə ildırım vurması nəticəsində 14 nəfər ölüb

Banqladeşin altı rayonunda ildırım vurması nəticəsində 14 nəfər həlak

arrow Ətraflı
70 adadan ibarət  yeni liman şəhəri salınır like
  • 13 İyl 23:35  
Digərləri 70 adadan ibarət yeni liman şəhəri salınır

Dənizin doldurulması hesabına yeni liman şəhəri salınır.

arrow Ətraflı
Hyundai naməlum modelin ilk tizerini yayıb  FOTO like
  • 13 İyl 23:30  
Digərləri Hyundai naməlum modelin ilk tizerini yayıb FOTO

Senyabrda keçiriləcək Frankfurt avtosalonuna bir neçə ay qalmasına baxmaya

arrow Ətraflı
“Sizə xidmət etmək üçün sərvətimi itirirəm, maaş belə almıram” like
  • 13 İyl 23:25  
Dünya “Sizə xidmət etmək üçün sərvətimi itirirəm, maaş belə almıram”

ABŞ Federal Apellyasiya Məhkəməsi prezident Donald Trampın Vaşinqtondakı

arrow Ətraflı
Qardaşinin şərəfinin ayaqlar altina atilmasina göz yuman “qardaş” like
  • 13 İyl 23:20  
Digərləri Qardaşinin şərəfinin ayaqlar altina atilmasina göz yuman “qardaş”

İnsan, arası soyuq olan şəxsə qarşı bol-bol qeybət edir, onun eyblərini

arrow Ətraflı
Banqladeşdə ildırım vurması nəticəsində 14 nəfər ölüb like
  • 13 İyl 23:14  
Digərləri Banqladeşdə ildırım vurması nəticəsində 14 nəfər ölüb

Banqladeşin altı rayonunda ildırım vurması nəticəsində 14 nəfər həlak

arrow Ətraflı
1 dəqiqə ərzində Allah rizası üçün nə edə bilərik? like
  • 13 İyl 23:10  
Digərləri 1 dəqiqə ərzində Allah rizası üçün nə edə bilərik?

Vaxt - bir insan ömrüdür.. Deməli, israf ediləcək yaxud gözardı ediləc

arrow Ətraflı
Bahalaşan və ucuzlaşan ərzaqların – like
  • 13 İyl 23:05  
Digərləri Bahalaşan və ucuzlaşan ərzaqların –

Dövlət Statistika Komitəsi (DSK) 2019-cu ilin iyun ayında qiymətləri artı

arrow Ətraflı
Terri Qrant Jaguar FType R modelini iki təkərə qaldırıb  VİDEO like
  • 13 İyl 23:01  
Digərləri Terri Qrant Jaguar FType R modelini iki təkərə qaldırıb VİDEO

Britaniyalı kaskadyorTerri Qrant Qudvuddakı trassı iki təkər üzərində q

arrow Ətraflı
ABŞ altı yüz milyon dollarlıq helikopter satacaq like
  • 13 İyl 22:51  
Dünya ABŞ altı yüz milyon dollarlıq helikopter satacaq

ABŞ-ın Xarici İşlər Nazirliyi Yunanıstana ümumi məbləği 600 milyon dol

arrow Ətraflı