Mülayimlik və xoşxasiyyətlilik


Digərləri 13 İyl 2019 23:45:00 78 0

Mülayimlik və xoşxasiyyətlilik

Uca Allah Hz.Məhəmmədin (Ona Salam olsun) böyük bir əxlaq sahibi olduğunu vəsf edərək buyurur: "Həqiqətən də, sən böyük əxlaq sahibisən!" (Qələm, 5). Həmçinin onun mülayim və yumşaq təbiətli olduğunu vəsf edərək buyurur: "Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daşqəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar." (Ali-İmran, 159). Başqa bir ayədə onun möminlərə qarşı qayğıkeş, şəfqətli və rəhmli olduğu bildirilir: "Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O, sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir." (Tövbə, 128). Milli.az islamevi.az-a istinadən bildirir ki, Hz.Peyğəmbər (Ona Salam olsun) insanlara qarşı mülayim olmağı əmr edərək demişdir: "Asanlaşdırın, çətinləşdirməyin, müjdələyin, qaçırmayın." (Buxari və Muslim). Əbu Hureyradan rəvayət olunan hədisdə bir bədəvi gəlib məscidi batırdığı zaman Peyğəmbər (Ona Salam olsun) demişdir: "Dəyməyin, onun sidiyinin yerinə bir qab su tökün, şübhəsiz ki, sizlər çətinləşdirən olaraq deyil, asanlaşdıran olaraq göndərilmisiniz." (Buxari). Hz.Peyğəmbər (Ona Salam olsun) belə demişdir: "Ey Aişə! Şübhəsiz ki, Allah mülayimdir və mülayimliyi sevir. Mülayimlik üçün verdiyini şiddət və ya başqa şeylərə vermir." (Muslim). Başqa bir hədisdə Peyğəmbər (Ona Salam olsun) demişdir: "Hər hansı bir işdə mülayimlik olarsa, o həmin işi bəzəyər. Hər hansı bir işdə mülayimliyin olmaması isə o işə eyib gətirər." (Muslim, 2594). Həmçinin Hz.Peyğəmbər (Ona Salam olsun) demişdir: "Mülayimlikdən məhrum olan xeyirdən də məhrum olar." (Muslim).

Uca Allah iki hörmətli peyğəmbəri Musa ilə Haruna Fironu mülayim və nəzakətlə dəvət etmələrini buyurmuşdur. O, buyurur: "Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!" (Ta ha, 43-44).

Həmçinin Uca Allah səhabələri də vəsf edərək onların öz aralarında mülayim olduqlarını buyurur. Uca Allah buyurur: "Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər." (Fəth, 29).

Təəssüflər olsun ki, günümüzdə bəzi müsəlmanlar, hətta öz aralarında belə mehribanlıq, səmimiyyət və mülayimlik kimi gözəl xüsusiyyətlərə riayət etmirlər. Bu azmış kimi, aralarında ədavətə, düşmənçiliyə, qeybətə və dözümsüzlüyə belə yol verirlər. Uca Allah, bizləri yuxarıda qeyd olunmuş rəbbani nəsihətlərə əməl edərək, gözəl əxlaq nümunəsi olan şəxslərdən etsin! Qiyamət günü hesab tərəzisində ən ağır gələcək şeyi (gözəl əxlaqı), həyatımızda 'yüngül' olaraq tətbiq etməkdən qorusun!

Hәya.. like
  • 13 İyl 23:40  
Digərləri Hәya..

Hәya - insan әxlaqının әn әsas özәlliklәrindәn biri vә bәlkә dә, b

arrow Ətraflı
Banqladeşdə ildırım vurması nəticəsində 14 nəfər ölüb like
  • 13 İyl 23:37  
Dünya Banqladeşdə ildırım vurması nəticəsində 14 nəfər ölüb

Banqladeşin altı rayonunda ildırım vurması nəticəsində 14 nəfər həlak

arrow Ətraflı
70 adadan ibarət  yeni liman şəhəri salınır like
  • 13 İyl 23:35  
Digərləri 70 adadan ibarət yeni liman şəhəri salınır

Dənizin doldurulması hesabına yeni liman şəhəri salınır.

arrow Ətraflı
Hyundai naməlum modelin ilk tizerini yayıb  FOTO like
  • 13 İyl 23:30  
Digərləri Hyundai naməlum modelin ilk tizerini yayıb FOTO

Senyabrda keçiriləcək Frankfurt avtosalonuna bir neçə ay qalmasına baxmaya

arrow Ətraflı
“Sizə xidmət etmək üçün sərvətimi itirirəm, maaş belə almıram” like
  • 13 İyl 23:25  
Dünya “Sizə xidmət etmək üçün sərvətimi itirirəm, maaş belə almıram”

ABŞ Federal Apellyasiya Məhkəməsi prezident Donald Trampın Vaşinqtondakı

arrow Ətraflı
Qardaşinin şərəfinin ayaqlar altina atilmasina göz yuman “qardaş” like
  • 13 İyl 23:20  
Digərləri Qardaşinin şərəfinin ayaqlar altina atilmasina göz yuman “qardaş”

İnsan, arası soyuq olan şəxsə qarşı bol-bol qeybət edir, onun eyblərini

arrow Ətraflı
Banqladeşdə ildırım vurması nəticəsində 14 nəfər ölüb like
  • 13 İyl 23:14  
Digərləri Banqladeşdə ildırım vurması nəticəsində 14 nəfər ölüb

Banqladeşin altı rayonunda ildırım vurması nəticəsində 14 nəfər həlak

arrow Ətraflı
1 dəqiqə ərzində Allah rizası üçün nə edə bilərik? like
  • 13 İyl 23:10  
Digərləri 1 dəqiqə ərzində Allah rizası üçün nə edə bilərik?

Vaxt - bir insan ömrüdür.. Deməli, israf ediləcək yaxud gözardı ediləc

arrow Ətraflı
Bahalaşan və ucuzlaşan ərzaqların – like
  • 13 İyl 23:05  
Digərləri Bahalaşan və ucuzlaşan ərzaqların –

Dövlət Statistika Komitəsi (DSK) 2019-cu ilin iyun ayında qiymətləri artı

arrow Ətraflı
Terri Qrant Jaguar FType R modelini iki təkərə qaldırıb  VİDEO like
  • 13 İyl 23:01  
Digərləri Terri Qrant Jaguar FType R modelini iki təkərə qaldırıb VİDEO

Britaniyalı kaskadyorTerri Qrant Qudvuddakı trassı iki təkər üzərində q

arrow Ətraflı
ABŞ altı yüz milyon dollarlıq helikopter satacaq like
  • 13 İyl 22:51  
Dünya ABŞ altı yüz milyon dollarlıq helikopter satacaq

ABŞ-ın Xarici İşlər Nazirliyi Yunanıstana ümumi məbləği 600 milyon dol

arrow Ətraflı
Qeybətin kəffarəsi nədir? like
  • 13 İyl 22:50  
Digərləri Qeybətin kəffarəsi nədir?

Həzrət Peyğəmbər (s) buyurur: "Qeybətin kəffarəsi budur ki, qeybət

arrow Ətraflı
Paris bu gün "qara jiletlilər"in şokunu yaşadı like
  • 13 İyl 22:47  
Dünya Paris bu gün "qara jiletlilər"in şokunu yaşadı

Parisdə miqrantların etiraz aksiyasında 40 nəfəri polis saxlayıb.

arrow Ətraflı