Banqladeşdə ildırım vurması nəticəsində 14 nəfər ölüb
Dünya 13 İyl 2019 23:37:00 221 0
Banqladeşin altı rayonunda ildırım vurması nəticəsində 14 nəfər həlak olub, bir nəfər isə xəsarət alıb.
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Dhaka Tribune" qəzeti xəbər verib.
Ölkənin qərbindəki Pabna rayonunda ata və iki böyük oğlu daxil olmaqla dörd nəfər həlak olub.
Banqladeşin şimalındakı Mymensinqx dairəsində balıq ovlayarkən gənc balıqçı həlak olub, onun qardaşı isə xəsarət alıb. Həmçinin muncuq toxumaqla məşğul olan iki nəfər ölüb.
Mənbə: milli.az