1 dəqiqə ərzində Allah rizası üçün nə edə bilərik?


Digərləri 13 İyl 2019 23:10:00 48 0

1 dəqiqə ərzində Allah rizası üçün nə edə bilərik?

Vaxt - bir insan ömrüdür.. Deməli, israf ediləcək yaxud gözardı ediləcək qədər qiymətsiz deyil. Ağıllı insan vaxtını dəyərləndirir, buna ucuz şeylər və boş sözlərlə doldurulacaq bir əşya kimi baxmır. Əksinə, vaxtını Allahı razı salan və insanlara fayda verən tərifəlayiq işlər və xeyir əməllərlə məhdudlaşdırır. Ömrümüzün hər dəqiqəsi Allah qatında məqamımızı yüksəltmək və insanları xoşbəxtliyə çatdırmaq potensialı daşıyır.

Bir dəqiqə ərzində çoxlu xeyir işlər görmək və böyük savab qazanmaq olar. Sadəcə bir dəqiqə ərzində sədəqə verərək, faydalı bir şey oxuyaraq, əzbərləyərək, yaxud xeyir işlər görməyə çalışaraq həyatınızın həmin dəqiqəsinin boşa getməməsindən əmin ola bilərsiniz. Bu dəqiqədən maksimum yararlanmaq və bunun qeydinə qalmağın yolunu bilsəniz, həmin bu dəqiqə sizin yaxşı əməllər dəftərinizə yazıla bilər. İslam dininin tövsiyyə etdiyi balanslı (iş+İslam) həyat da budur. Gündəlik iş həyatımızda çox deyil, bir dəqiqə ərzində nə edə bilərik? Məsələn:

1. Bir dəqiqə ərzində Fatihə surəsini üç dəfə sürətlə və səssiz oxumaq olar. Bəzi alimlər Fatihə surəsini oxumağa görə 600-dən çox həsənət/savab yazıldığını bildiriblər. Deməli Fatihə surəsini 3 dəfə oxuduqda 1800 savab yazılır. Bütün bunlar cəmi bir dəqiqə ərzində olur.

2. Bir dəqiqə ərzində İxlas surəsini 20 dəfə sürətlə və səssiz oxumaq olar. İxlas surəsini 1 dəfə oxumaq Quranın üçdə birinə bərabərdir. 20 dəfə oxusanız 7 dəfə Quranı oxumağa bərabərdir. Əgər hər gün 1 dəqiqə ərzində 20 dəfə oxusanız ay ərzində 600 dəfə, ildə isə 7200 dəfə oxumuş olacaqsınız ki, bu da Qurani-Kərimi 2400 dəfə oxumaq mükafatına bərabər olacaqdır.

3. Bir dəqiqə ərzində Allahın Kitabından 1 səhifə oxuya bilərsiniz.

4. Bir dəqiqə ərzində Allahın Kitabından qısa bir ayəni əzbərləyə bilərsiniz.

5. Bir dəqiqə ərzində "Lə iləhə illəllah vahdəhu lə şərikə ləh, ləhul mulku və ləhul həmdu və huva alə kulli şeyin qadir" zikrini 20 dəfə söyləmək olar və bunun mükafatı - İsmayıl peyğəmbərin övladından Allah yolunda 8 qul azad etməyə bərabərdir.

6. Bir dəqiqə ərzində "Sübhənallahi va bihəmdihi" zikrini 100 dəfə söyləmək olar. Kim gün ərzində bunu söyləyərsə dəniz köpüyü qədər də olsa günahları silinər.

7. Bir dəqiqə ərzində "Sübhənallahi bihəmdihi və sübhənallahil azim" zikrini 50 dəfə söyləmək olar. Bu iki kəlmə, Peyğəmbərimizin buyurduğu kimi "Dildə söylənməsi asan, əməl tərəzisində çəkisi ağır gələn, Rəhman olan Allaha sevimli olan kəlmələrdir". (Buxari)

8. Peyğəmbərimiz demişdir: "SübhənAllah, vəlhəmdu lilləh va lə iləhə illəllah, vallahu əkbər" - mənim üçün günəşin üzərinə doğduğu hər şeydən sevimlidir" (Muslim). 1 dəqiqə ərzində bütün bu kəlməni 18 dəfə söyləmək olar. Bu kəlmə Allah üçün ən sevimli kəlmədir. Əməl tərəzisində çəkisi ağırdır.

9. Bir dəqiqə ərzində "Lə həulə va lə quvvətə illə billəh" zikrini 40 dəfə söyləmək olar. Buxari və Muslimdə rəvayət olunduğu kimi bu zikr cənnət xəzinələrindən bir xəzinədir və eləcə də çətinliklərə tab gətirmək və böyük işlərə nail olmağa istiqamətlənmək üçün səbəblərdir.

10. Bir dəqiqə ərzində "Lə iləhə illəllah" zikrini təxminən 50 dəfə söyləmək olar. Bu ən əzəmətli kəlmə, tövhid kəlməsi, gözəl kəlmə, sabit söz, axır kəlamı bu kəlimə olan insanın cənnətə daxil olduğu, fəziləti və əzəmətinə dair digər rəvayətlərin nəql olunduğu bir kəlmədir.

11. Bir dəqiqə ərzində "Sübhənallahi və bihəmdihi adədə xəlqihi va rida nəfsihi, va zinətə arşihi və midəədə kəliməətihi" zikrini 15 dəfədən çox demək olar. Peyğəmbərimizə istinadən rəvayət olunan səhih hədislərdə bildirildiyi kimi bu zikr digər zikr formalarına nisbətən qat-qat daha çox əcr-savab qazandırır.

12. Bir dəqiqə ərzində Uca Allahdan 100 dəfədən çox "Əstəğfirullah" söyləməklə bağışlanma diləmək olar. İstiğfarın nə qədər fəzilətli olması heç kəsə gizli deyil. Bağışlanma diləmək bağışlanmaq, cənnətə daxil olmaq üçün bir səbəbdir. Gözəl yaşayış, güc-qüvvətin artması, bəlaların dəf olunması, işlərin asanlaşması, yağışın yağması, mal-dövlətin, övlafların artması üçün bir səbəbdir.

13. Bir dəqiqə ərzində bir neçə qısa və müxtəsər kəlmələr söyləyə və bununla Allah-Təalanın, sizin üçün təsəvvürünüzə belə gətirməyəcəyiniz xeyir qapıları açmasına səbəb ola bilərsiniz.

14. Bir dəqiqə ərzində Allahın elçisinə (ona salam olsun) 50 dəfə salavat demək olar. Bunun əvəzində Allah-Təala sizə 500 dəfə salavat deyir. Çünki bir salavat, on mislinə bərabərdir.

Bahalaşan və ucuzlaşan ərzaqların – like
  • 13 İyl 23:05  
Digərləri Bahalaşan və ucuzlaşan ərzaqların –

Dövlət Statistika Komitəsi (DSK) 2019-cu ilin iyun ayında qiymətləri artı

arrow Ətraflı
Terri Qrant Jaguar FType R modelini iki təkərə qaldırıb  VİDEO like
  • 13 İyl 23:01  
Digərləri Terri Qrant Jaguar FType R modelini iki təkərə qaldırıb VİDEO

Britaniyalı kaskadyorTerri Qrant Qudvuddakı trassı iki təkər üzərində q

arrow Ətraflı
ABŞ altı yüz milyon dollarlıq helikopter satacaq like
  • 13 İyl 22:51  
Dünya ABŞ altı yüz milyon dollarlıq helikopter satacaq

ABŞ-ın Xarici İşlər Nazirliyi Yunanıstana ümumi məbləği 600 milyon dol

arrow Ətraflı
Qeybətin kəffarəsi nədir? like
  • 13 İyl 22:50  
Digərləri Qeybətin kəffarəsi nədir?

Həzrət Peyğəmbər (s) buyurur: "Qeybətin kəffarəsi budur ki, qeybət

arrow Ətraflı
Paris bu gün "qara jiletlilər"in şokunu yaşadı like
  • 13 İyl 22:47  
Dünya Paris bu gün "qara jiletlilər"in şokunu yaşadı

Parisdə miqrantların etiraz aksiyasında 40 nəfəri polis saxlayıb.

arrow Ətraflı
Putinə qarşı gizli sövdələşmənin üstü açıldı like
  • 13 İyl 22:46  
Dünya Putinə qarşı gizli sövdələşmənin üstü açıldı

Amerika və Britaniyanın xüsusi xidmətləri Rusiya Prezidenti Vladimir Putini

arrow Ətraflı
Söz çatdirilan zaman etməli olduğumuz 6 şey like
  • 13 İyl 22:45  
Digərləri Söz çatdirilan zaman etməli olduğumuz 6 şey

Hər hansısa bir şəxs gəlib "Filankəs sənin barəndə belə danışı

arrow Ətraflı
Türkiyə ABŞın könlünü aldı: "Nəzərdən keçiririk" like
  • 13 İyl 22:44  
Dünya Türkiyə ABŞın könlünü aldı: "Nəzərdən keçiririk"

Türkiyə və ABŞ müdafiə nazirləri "S-400" zenit-raket kompleksl

arrow Ətraflı
Ay yenə gizlənəcək like
  • 13 İyl 22:43  
Digərləri Ay yenə gizlənəcək

İyulun 17-də ilin ikinci Ay tutulması hadisəsi olacaq.

arrow Ətraflı
Bizi bizdən çox sevənlər uşaqlarımızı "ev dustağı"na döndərir like
  • 13 İyl 22:41  
Digərləri Bizi bizdən çox sevənlər uşaqlarımızı "ev dustağı"na döndərir

Azərbaycanda evində və həyətində it saxlayanlar az deyil. Amma son ayları

arrow Ətraflı
Pis zәnn – qәlbin qeybәti.. like
  • 13 İyl 22:40  
Digərləri Pis zәnn – qәlbin qeybәti..

Bil ki, bir müsəlman haqqında pis zəndə olmağı Uca Allah qadağan etmişd

arrow Ətraflı
Azərbaycandakı sürücülər 3 qrupa bölünür – like
  • 13 İyl 22:35  
Digərləri Azərbaycandakı sürücülər 3 qrupa bölünür –

Azərbaycanda avtomobil idarə edənləri yol hərəkəti qaydaları sahəsində

arrow Ətraflı
Füzulidə traktor yanıb like
  • 13 İyl 22:31  
Digərləri Füzulidə traktor yanıb

Füzuli rayonunda traktor yanıb.

arrow Ətraflı
Gimnastımız Universiadada daha bir gümüş medal qazanıb like
  • 13 İyl 22:30  
Digərləri Gimnastımız Universiadada daha bir gümüş medal qazanıb

Neapol şəhərində (İtaliya) keçirilən 30-cu Yay Universiadasında bədii g

arrow Ətraflı