Pis zәnn – qәlbin qeybәti..


Digərləri 13 İyl 2019 22:40:00 202 0

Pis zәnn – qәlbin qeybәti..

Bil ki, bir müsəlman haqqında pis zəndə olmağı Uca Allah qadağan etmişdir. Bu, eynilə söz ilə edilən qeybət kimidir. Bir insanın sәnә görә xoş olmayan əməllərini söyləməyin kimi, ona qarşı pis zənn bəsləməyin də, haramdır. Allahu Təalə belə buyurmuşdur:

"..Zənndən çəkinin!" (Hucurat, 12)

Әbu Hureyra'dan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə, Peyğәmbәrimiz (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur:

"..Zəndən çəkinin. Çünki zənn - sözlərin ən yalan olanıdır.." (Buxari və Muslim)

Milli.az islamevi.az-a istinadən bildirir ki, bu mənadakı hədislərin sayı olduqca çoxdur. Qəti şəkildə qadağan olunmuş pis zənn - qəlbində başqası haqqındakı hökmü qərarlaşdırmaqdır. Lakin, ürəkdən keçənlər və ani düşüncәlәr, qəlbdə qərarlaşmazsa, üzərində davamlı olaraq dayanılmazsa vә yada salınmazsa, bütün alimlərin yekdil fikrinә әsasәn, bu, Allah tәrәfindәn bağışlanmış sayılar, qeybәt hesab olunmaz. Çünki belə düşüncələrin qəlbə gəlişində, insan ixtiyar sahibi deyildir. Peyğəmbərimizdən (Allahın ona salavat və salamı olsun) rəvayət olunan bu hədis də, buna dəlalət edir:

"..Allahu Təalə, Ümmətimi üçün - nəfslərindəki düşüncələri ilə əməl etmədikcə, bunu bağışlamışdır.." (Buxari və Muslim)

Alimlər bu barәdә belә buyururlar: "Burada nəzərdə tutulan - fikrə gəlsə də, (qəlbdə) kök salmayan, gəlib-keçici olan düşüncələrdir. Bu kimi hallar istər qeybət olsun, istər küfr olsun, yaxud digəri olsun - hökm eynidir. Küfrü mənimsəmək niyyətilə deyil, sadəcə ürəyinə yalnız müvəqqəti olaraq küfr fikirləri düşərsə və sonra dərhal onu (vəsvəsəni) dəf edərsə, insan kafir olmaz və bundan dolayı ona bir günah yazılmaz.."

Səhih olaraq rəvayət olunan hədisdə Səhabələr:

"Ey Allahın elçisi! Bizlәrdәn birinin qəlbinə (küfr və ya buna bənzər hər hansı haram) bir fikir düşərsə, böyük günah işləmiş sayılırmı?" - deyə soruşdular. Peyğəmbər (Allahın ona salavat və salamı olsun): "Bu hal, açıq iman ifadəsidir (yәni, insanın iradə və istəyi ilə meydana gəlmir və mənimsənmir)" - deyə buyurdu. Bu cür rəvayətlər olduqca çoxdur..

Qəlbdən gəlib keçən düşüncələrin bağışlanmasının səbəbi - onlardan çəkinməyin mümkün olmamasıdır. Mümkün olan - bunlar haqda çox düşünməmək və üzərilərində davamlı olaraq durmayaraq, yaddan çıxarmağa çalışmaqdır. Bu səbəbdən də, bu pis düşüncələr üzərində dayanmaq və qəlbi bunlara bağlayıb qətilik əldə etmək haram edilmişdir. Nə zaman insan qeybət düşüncəsi və yaxud digər günahları (etməyi) xatırlayarsa, o düşüncələrdən üz çevirməklə onları əngəlləmək və əngəl törədən səbəbləri xatırlamaq vacib olur..

Әbu Həmid əl-Ğazzəli "İhyə" adlı məşhur əsərində belə demişdir: