Gimnastımız Universiadada daha bir gümüş medal qazanıb


Digərləri 13 İyl 2019 22:30:26 178 0

Gimnastımız Universiadada daha bir gümüş medal qazanıb

Neapol şəhərində (İtaliya) keçirilən 30-cu Yay Universiadasında bədii gimnastika üzrə final yarışları baş tutub

Bakı. İyunun 13-də Neapol şəhərində (İtaliya) keçirilən 30-cu Yay Universiadasında bədii gimnastika üzrə final yarışları baş tutub. Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, ötən gün çoxnövçülük üzrə gümüş medal qazanan gimnastımız Zöhrə Ağamirova, bu gün də uğurlu çıxışı ilə medala qazanmağa müvəffəq olub. Belə ki, Zöhrənin gürzlərlə icrasının 20.200 xalla dəyərləndirilməsi ona daha bir gümüş medal qazandırıb. Bununla da, Azərbaycan gimnastika komandası Universiadanı qadın idman gimnastımız Marina Nekrasovanın 1 qızıl və bədii gimnastımız Zöhrə Ağamirovanın 2 gümüş medalı ilə başa vurub.