Gürcüstan larisinin


Digərləri 13 İyl 2019 22:25:00 271 0

Gürcüstan larisinin

Gürcüstan Milli Bankının sədr müavini Arçil Mestvirişvili valyuta bazarında yaranmış vəziyyəti şərh edib.  

"İctimaiyyətə məlumdur ki, milli valyuta üzən valyuta məzənnəsi regimindədir. Kursa bir neçə daxili və xarici amillər, o cümlədən, mənfi gözləntilər təsir edir. İqtisadi sanksiyalar elan edilməsi imkanı, rusiyalı turistlərin axınının kəskin azalması haqqında məlumatlar, son günlər baş verən hadisələr- bütün bunlar larinin məzənnəsində əksini tapıb və son üç həftə ərzində xeyli dəyişib",- o deyib.

Son.az fed.az-a istinadən bildirir ki, Arçil Mestvirişvili qeyd edib ki, ilkin hesablamalara görə, turizm gəlirləri artacaq və bu, milli valyutanın məzənnəsinə Rusiya amilinin mənfi təsirini azaltmağa imkan verəcək.

Turistlərin azalması ölkəyə valyuta axının azalması ilə nəticələnir.