Bəyənilən və bəyənilməyən ümidsizlik


Digərləri 13 İyl 2019 22:15:00 186 0

Bəyənilən və bəyənilməyən ümidsizlik

Qurani-Kərimdə çox sayda ayələr vardır ki, insanı Allah rəhmətinə qarşı ümidsiz olmaqdan çəkindirir. Məsələn, bu ayədəki kimi: "De: "Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!"". ("Zumər" 53).

Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət günü Allah Təala ümidsizləri elə məbus edər ki, simalarının qaranlıq və zülməti nuraniliyə qələbə çalar. Sonra deyilər ki, bunlar o kəslərdir ki, Allahın rəhmətindən ümidsiz olmuşdular".

Son.az islam.az-a istinadən bildirir ki, ümidsizlik elə bir şeydir ki, insanı hədəfinə çatmaqdan saxlayır. Halbuki, bu hədəf üçün əvvəllər çox çalışırdı. Ancaq indi ümidsiz olduğu üçün onda bir hərəkət və səy olmaz.

Quran ayələri və hədislər ümidsizliyi iki yerə bölür: bəyənilən və bəyənilməyən ümidsizliyə.

Bəyənilən ümidsizlik

Bəyənilən ümidsizlik - o ümidsizlikdir ki, Allahdan qeyrisinə aid olsun. İnsan Allahı əsl Xaliq və Feyz Mənbəyi kimi qəbul etməlidir. Qeyrisindən ümidsiz olmalıdır. O, bu inancda olmalıdır ki, əgər başqası da nəyisə edə bilirsə, bu Sübhan Allahın yardımı və izni ilə baş verir.

İmam Sadiq (ə) buyurur: "Möminin izzət və şərəfi ondadır ki, başqalarından məyus olsun və insanların əlində olanlardan ümidini kəssin".

Bəyənilməyən ümidsizlik

İnsan o zaman ki, İlahi rəhmətdən ümidini kəsər və Allahın bir daha onu bağışlamayacağına inanarsa, onun cəhənnəmə getməsi mütləq olar.

Yuxarıda zikr edilən ayə bunun aydın sübutudur. Ümidsizlik nəticəsində insan çox sayda günah işlədir və Allahın bir daha onu əfv etməyəcəyinə inanır. Elə bilir ki, Allah onu bir daha sevməyəcək və bağışlamayacaqdır. Şübhəsiz, o, cəhənnəm əhlindən olar.

Allah Təala Peyğəmbərə (s) buyurur ki, əgər bəndələr özlərinə zülm ediblərsə, İlahi rəhmətdən məyus olmasınlar. Allah onun günahlarını bağışlayar. Çünki O, çox bağışlayan və mehribandır.

Ümidiszlik nəticəsində insan dua etməkdən, İlahi dərgahda ağlamaqdan uzaqlaşar. Bu zaman şeytanın ordusuna daxil olar. İlahi rəhmətdən ümidsiz olmaq nəticəsində insan bəndəlikdən uzaqlaşar, yolunu azmışların dəstəsinə qoşular. Özünü cəhənnəmə yaxınlaşardırar.