Dəstəmazın cismi təsir və dünyəvi bərəkətlər baxımından faydaları
Digərləri 13 İyl 2019 21:50:00 304 0
Dəstəmazın iki faydası vardır. Biri cismi təsir və dünyəvi bərəkətlər cəhətdəndir, biri isə mənəvi təsir və axirəvi cəhətdəndir. Dəstəmazın cismi təsir və dünyəvi bərəkətlər baxımından faydaları ilə tanış olaq.
1. Ömrün uzanmasına səbəb olar. Həzrət Peyğəmbər (s) buyurur: "Ey Ənəs! Çalış təharətli və dəstəmazlı olasan ki, Allah ömrünü uzatsın.
Son.az islam.az-a istinadən bildirir ki, bacarsan gecəni də, gündüzü də dəstəmazlı ol. Əgər dünyadan dəstəmazı halda getsən, şəhidin savabına malik olacaqsan".
2. Hacətin yerinə yetməsi. İmam Sadiq (ə) buyurur: "Mən təəccüb edirəm o kəsə ki, dəstəmazlı halda hacət və iş dalınca gedər, amma hacəti yerinə yetməz".
3. Şəhidin savabına malik olar. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim dəstəmazlı halda yatarsa, əgər gecə ölüm sorağına gələrsə - bu şəxs dünyadan şəhid gedər".
4. Dəstəmazlı yuxu. Peyğəmbər (s) buyurur: "Hər kim dəstəmazlı halda yatarsa - yatağı məscid olar. Yuxuda namazla məşğul olar o vaxta qədər ki, gecəni səhər edər. Əgər kimsə dəstəmazsız yatarsa - yatağı onun üçün qəbir olar. Səhərə qədər ölmüş insan kimi olar".
5. Ruzinin artmasına səbəb olar. İmam Sadiq (ə) buyurur: "Yeməkdən əvvəl və sonra dəstəmaz almaq - ruzinin artmasına səbəb olar".