Tәk sәbir, yoxsa 4 sәbir?..


Digərləri 13 İyl 2019 21:40:00 173 0

Tәk sәbir, yoxsa 4 sәbir?..

Səbrin dörd növü vardır:

1. Bədənin ixtiyarı səbri. Bu, insanın öz iradə və ixtiyarı ilə bədəninə yükləmiş olduğu ağır işlərə olan səbridir.

2. Bədənin məcburi səbri. Bu, başqasının etdiklərinə olan səbridir. İnsanın döyülmə, xəstəlik, yaralar, soyuq, isti və oxşar şeylərin acılarına, sızıntılarına olan səbridir.

3. Nəfsin ixtiyari səbri. Bu, şəriət və ağılla gözəl olmayanları etməməyə olan səbirdir.

4. Nəfsin məcburi səbri. Bu da sevgilisinə qovuşması mümkün olmadıqda nəfsin ona səbri kimidir.

Milli.az islamevi.az-a istinadən bildirir ki, səbrin bu dörd növü insana məxsusdur. Fəqət bədənin və nəfsin məcburi səbrində heyvanlar da buna ortaqdır. Üstəlik heyvanların bir qismi bu səbirdə insanlardan daha qüvvətlidir. İnsanlar heyvanlardan ancaq səbrin ixtiyari qisimlərində fərqlənirlər. İnsanlardan bir çoxları heyvanlarla ortaq olan səbrin qisimlərində asanlıqla səbir edər, amma yalnız insanlara məxsus olan səbrin qisimlərinə isə səbir etməzlər.

"Səbrin növlərindən hər hansı birində mələklər də bizə ortaqdırmı?" sualına cavab olaraq demək olar ki, mələklər ağılları və dinlərinə zidd olan həvəs və istəkləri ilə və nəfslə imtahan edilmirlər. İbadət və itaət onlar üçün bizim nəfəs almağımız kimidir. Həvəs və şəhvət gücü qarşısında din və ağıl gücünü hakim etməkdən ibarət olan gerçək səbir onlara aid deyildir. Lakin onlara da layiq bir səbir var ki, o da özlərinə qarşı çıxacaq istək, şəhvət və xüsusiyyətlərinə rəğmən yaradılmış olduqları fitrət üzrə davam və səbat etmələridir.

İnsanın səviyyəsi, onun səbri - istək və şəhvət gücünə üstün gəlirsə mələklərin, əksinə istək və şəhvət gücü səbrinə üstün gəlirsə şeytanların, yəmək, içmək və cinsi münasibət kimi xasiyyətlərinin gücü səbrə üstün gəlirsə, heyvanların səviyyəsi ilə eyniləşir.