Hər gün həvəslə edəcəyin 21 şey


Digərləri 13 İyl 2019 21:10:00 233 0

Hər gün həvəslə edəcəyin 21 şey

1. Qeybət etmə, qeybətçilərdən uzaq ol və Allahın bu sözünü unutma:

"Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Elə isə Allahın əzabından qorxun və bu çirkin işdən əl çəkin. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir". (Hucurat, 12)

2. Gözlərini harama baxmaqdan qoru.

3. Qul haqqına girmə. Peyğəm­bərimiz bizlərə də belə bir tövsiyə edir: "Üzərində qul haqqı olan ölmədən əvvəl haqqı sahibinə qaytarıb onunla halallaşsın! Çünki axirətdə qızılın, malın dəyəri yoxdur. O gün haqqı qaytarmaq üçün onun savablarından alınıb haqq sahibinə veriləcək, savabları olmasa, haqq sahibinin günahları ona yüklənəcək".

4. Dişlərin üçün misvakdan istifadə et. Həm savab qazan, həm də sağlam ol.

5. Həyat yoldaşına qaşı səbirli və ədəbli ol. Allahın vermiş olduğu bu gözəl hədiyyə və əmanətə sahib çıx.

6. Allahın razılığını qazanmanın yollarını axtar, tənbəl olma, Allah üçün xeyirli əməllər etməyə can at.

7. Hər bir əməlini yalnız Allahın razılığını qazanmaq və savab əldə etmək üçün et.

8. Əsəblərini cilovla, qəzəblənmə. Nəsihət istəyən səhabəyə Peyğəmbərimiz: "qəzəblənmə.." deyə tövsiyyə etmişdir (Buxari). Bununla yanaşı, qəzəblənmiş insana dəstəmaz almağı, ayaq üstədirsə oturmağı, yenə də sakitləşməzsə, uzanmağı tövsiyyə etmişdir (Əbu Davud).

9. Zarafatla belə olsa, yalan danışma.

10. Həsəd və paxıllıq etmə. Milli.az islamevi.az-a istinadən bildirir ki, Peyğəmbərimiz (ona Salam olsun) demişdir: "Həsəddən çəkinin! Çünki həsəd, atəşin odun'u yeyib-bitirdiyi kimi, bütün xeyirləri də yeyib-bitirər". (Əbu Davud)

11. Günah etsən, dərhal arxasından yaxşı bir əməl et və günahından tövbə etməyə qərarlı ol.

12. Valideynlərinə qarşı yaxşı davran, onlara "uf" belə demə. Uca Allah buyurmuşdur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!" (İsra, 23)