Möminlə münafiqin fərqi


Digərləri 13 İyl 2019 19:50:00 282 0

Möminlə münafiqin fərqi

Həzrət Peyğəmbər (s) buyurur: "Möminin niyyəti əməlindən yaxşıdır. Münafiqin niyyəti əməlindən pisdir".

Son.az islam.az-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Mömin şux və şəndir, münafiq üzünü turşutmuş və əsəbidir".

Həzrət Peyğəmbər (s) buyurur: "Möminin hümməti namazında, orucunda və ibadətindədir. Münafiqin hümməti heyvanlar kimi yeməkdə və içməkdədir".

Həzrət Peyğəmbər (s) buyurur: "Mömin az yeyər, münafiq çox".