Lerikdə 4 otaqlı ev yanıb
Digərləri 13 İyl 2019 19:59:00 194 0
Lerik rayonunda 4 otaqlı ev yanıb.
Lerik rayonunun Büzeyir kəndində ümumi sahəsi 264 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları və çardağına yığılan 12 ton ot bağlamasının 8 tonu yanıb.
Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: milli.az