Mayli Sayrus ana olmaq arzusundan danışdı


Digərləri 13 İyl 2019 18:58:00 225 0

Mayli Sayrus ana olmaq arzusundan danışdı

Məşhur dünya ulduzu Mayli Sayrus "ELLE" jurnalına müsahibə verib.

Son.az Ölkə.az-a istinadən xəbər verir ki, Sayrus müsahibəsində maraqlı açıqlamalar verib.

Vegeterian olan Maylini Yerin fiziki və mənəvi vəziyyəti narahat edir. O, dekabr ayında sevgilisi aktyor Liam Hemsvortla ailə qurub. 26 yaşlı müğənni ana olmaq barədə danışıb:

"İnsanlardan doğub-törəməyi gözləyirlər. Əgər bu sənin plan və məqsədinə aid deyilsə, ətrafın tənqidi ilə üzləşirsən. Səni buna məcbur etmək üçün plan cızırlar. Əgər uşaq istəmirsənsə, sənə yazıq kimi baxırlar.