Saxaranın yerində dəniz olub


Dünya 13 İyl 2019 18:00:00 191 0

Saxaranın yerində dəniz olub

50 milyon il öncə müasir Böyük Səhra (Saxara) ərazisində Transsaxara dənizi mövcud olub.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə amerikalı alimlər çıxış ediblər.

Onların fikrincə, bu dənizdə iri canlılar yaşayıblar. Alimlər Transsaxaranın dərinliyinin 50 kilometr olduğunu və onun 3 min kvadrat kilometr quru ərazisini örtdüyünü bildiriblər. Amerikalı alimlərə belə fikrə gəlməyə, səhra ərazisində tapılan qədim daşlaşmış dəniz canlılarının qalıqları yardım edib.

Paleontoloq Maurin Olirinin sözlərinə görə, Transsaxarada 12,3 milyon dəniz ilanı, 1,2 piknodont (qədim növ onurğalı balıq), bir neçə milyon som balığı olub. Bununla belə bu canlıların hər bir müasir nümayəndələrindən fərqli olaraq çox iri ölçülərə sahib olublar.