Naqif Həmzəyev: "Qüdrətli Azərbaycan Heydər Əliyev siyasi fəlsəfəsindən güc alır"


Siyasət 13 İyl 2019 17:36:00 78 0

Naqif Həmzəyev: "Qüdrətli Azərbaycan Heydər Əliyev siyasi fəlsəfəsindən güc alır"

Tarixi vərəqləyib XX əsrin 60-cı illərinə qayıtsaq, neft diyarı olmasına baxmayaraq, Sovet Azərbaycanının iqtisadi və mədəni tənəzzül dövrünü yaşadığının şahidi olarıq. Sənaye məhsulları istehsalının ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə, əmək məhsuldarlığının artım sürətinə görə Azərbaycan sovetlər ittifaqının geridə qalmış respublikalarından biri idi. 1969-cu il 14 iyul - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi təyin edilməsi Sovet Azərbaycanının tarixinin yeni inkişaf, tərəqqi mərhələsinin əsasını qoydu.

Son.az bildirir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Naqif Həmzəyev deyib.

Millət vəkilinin sözlərinə görə, 46 yaşında liderlik xüsusiyyəti, dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı ilə rəhbər seçilən Heydər Əliyev Azərbaycanı düşmüş olduğu ağır vəziyyətdən çıxarmaq üçün qətiyyətli addımlar atdı:

"Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan ulu öndər 1969-1982-ci illərdə milli kadr hazırlığı məsələsinin həllinə, təhsil şəbəkələrinin genişləndirilməsinə, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə nail oldu. Həmin dövrdə ümummilli lider özünü Azərbaycanın yüksəlişinə həsr edərək, bütün sahələrdə digər sovet respublikaları ilə müqayisədə dəfələrlə geridə qalan ölkəmizi dirçəltmək missiyasını uğurla icra etdi, gələcəyə hesablanmış mühüm addımlar atdı. 1969-1982-ci illərdə respublikamızda milli gəlirin həcmi 2,5 dəfə artdı, böyük quruculuq işləri sayəsində müasir infrastruktur yaradıldı. Az bir zaman ərzində şəhərlərdə yeni mikrorayonlar, park və xiyabanlar salındı, fabrik və zavodlar tikildi. Paralel olaraq, mədəniyyət tariximizdə iz qoyan onlarla görkəmli sənət xadimi yetişdi. Heydər Əliyevin müstəqil dövlətçilik ideyalarının güclənməsi və gələcəkdə reallaşması üçün etdiyi məharətli siyasi gedişlər nəticəsində Azərbaycan dili respublika Konstitusiyasında dövlət dili kimi təsbit edildi. Onun gördüyü qətiyyətli tədbirlər və şəxsi qayğısı ilə ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında soydaşlarımızın sayı davamlı surətdə artmağa başladı, Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı".

N.Həmzəyev qeyd edib ki, həmin illərdə ümummilli liderin qarşısında duran əsas məqsədlərdən biri Azərbaycanı müstəqilliyə doğru aparmaq üçün iqtisadiyyatı müstəqil ölkə kimi yaşaya biləcək səviyyəyə qaldırmaq idi:

"Dahi şəxsiyyətin uzaqgörənliyi, praqmatik, dərin, siyasi baxışları nəticəsində Azərbaycan nəinki keçmiş İttifaqda, həmçinin dünyanın bir çox ölkələrində təkcə "Neft Bakısı" kimi deyil, həmçinin öz qədim tarixi, zəngin mədəniyyəti, yüksək intellekti ilə tanınan diyara çevrildi. Məhz o illərdə Vətən sevgisi bütün varlığına hopmuş dahi şəxsiyyət Azərbaycanın gələcəyini hesablayır, bu gününü qururdu. Buna görə ulu öndərin hakimiyyətdə olduğu 1969-1982-ci illər bugünkü müstəqilliyin iqtisadi əsaslarının yaradıldığı mərhələ kimi tarixə düşdü".

Deputat vurğulayıb ki, ümummilli liderin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi özünün yüksək zirvəsinə çatdı. Ötən əsrin 90-cı illərində ölkədə baş verən qarşıdurmalar, hərc-mərcliklər, səriştəsiz idarəetmə ölkəmizi uçurumun kənarına sürükləmişdi. 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpa olunmasına baxmayaraq, hakimiyyətə gəlmiş təsadüfi adamların səriştəsizliyi ilə ölkədə xaos yaranmışdı, özbaşınalıq baş alıb gedirdi, müstəqilliyimiz süquta uğramaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı.

"Belə bir vəziyətdən Azərbaycanı yalnız möcüzə xilas edə bilərdi. Azərbaycanın xoşbəxtliyi onda oldu ki, müdrik şəxsiyyət, dahi insan, qüdrətli rəhbər - Heydər Əliyev Azərbaycanın möcüzəsi oldu, ölkəmizi parçalanmaqdan, qardaş qırğınından, xaosdan xilas etdi. Xalqın müdrik qərarı, təkidli tələbi ulu öndər Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi. Ümummilli liderin ikinci dəfə hakimiyyətə gəlişi ölkəmizi milli fəlakətdən, silahlı müxalifət ənənələrindən, beynəlxalq aləmdə təklənməkdən xilas etdi. Fitri zəkaya malik bu dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində bütün sahələrində gedən köklü islahatlar Azərbaycanın dirçəlişi, qurtuluşu oldu. Azərbaycanda dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlamlaşdırılması prosesi başlandı. Heydər Əliyev dünyanın siyasət zirvəsində Azərbaycanın, ən böyük azərbaycanlının adını əbədi həkk etdirdi".

N.Həmzəyev əlavə edib ki, Azərbaycanın bugünkü dinamik inkişafı, iqtisadiyyatımızın yüksəlişi böyük öndər Heydər Əliyevin qoyduğu bünövrənin üzərində davam edir. Dünya birliyində ləyaqətli yer tutan, demokratik, hüquqi, dünyəvi dövlət, sivil cəmiyyət quruculuğu yolu ilə inamla addımlayan müasir, müstəqil Azərbaycanın təməli Heydər Əliyev siyasi fəlsəfəsindən güc alır:

"Ulu öndərin uzaqgörən, məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkənin bütün bölgələrində - şəhərdən, rayondan tutmuş ucqar dağ kəndlərinədək - hər yerdə aparılan genişmiqyaslı quruculuq prosesləri müstəqil dövlətimizin hüsnünü daha da gözəlləşdirib. Həyata keçirilən iqtisadi islahatlar makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin edib, iqtisadiyyatın dinamik inkişafına təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb".

Bu gün qədirbilən xalqımız ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyini böyük tarixi hadisə kimi qeyd edir, misilsiz xidmətlərini minnətdarlıq duyğuları ilə anır, öz dahi oğlunun müdrikliyi, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində dünya miqyasında yüksələn qüdrətli Azərbaycanın vətəndaşı olduqları ilə fəxr edir".

Son.az 

Kim Çen In rəsmən KXDRin başçısı elan olundu like
  • 13 İyl 17:30  
Dünya Kim Çen In rəsmən KXDRin başçısı elan olundu

KXDR-də konstitusiyaya əlavələr edildikdən sonra Kim Çen In ilk dəfə ola

arrow Ətraflı
Telekanal binası gülləbaran edildi like
  • 13 İyl 17:24  
Dünya Telekanal binası gülləbaran edildi

Ukraynada telekanal binasına atəş açılıb. 

arrow Ətraflı
Naxçıvantəpədə arxeoloji tədqiqatlar aparılır like
  • 13 İyl 17:23  
Digərləri Naxçıvantəpədə arxeoloji tədqiqatlar aparılır

AMEA-nın Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Naxçıvantəpə qəd

arrow Ətraflı
Qadınların eyni olduğunu göstərən görüntülər like
  • 13 İyl 17:18  
Digərləri Qadınların eyni olduğunu göstərən görüntülər

Hər qadının özünəxas bir tərzi, ilginc hobbiləri var. Lakin bütün dün

arrow Ətraflı
Bu dəfə də klip ilə rekord qırdı like
  • 13 İyl 17:12  
Digərləri Bu dəfə də klip ilə rekord qırdı

Türkiyəli "Youtube" fenomeni Reynmen öz rekordunu yeniləyib.

arrow Ətraflı
"Bavariya" dünya çempionu ilə müqavilə bağladı like
  • 13 İyl 17:10  
Digərləri "Bavariya" dünya çempionu ilə müqavilə bağladı

"Bavariya" yeni transferi Benjamin Pavarla müqavilə imzalayıb.

arrow Ətraflı
Gecəyarı smartfondan çox istifadə bu xəstəliyi yaradır like
  • 13 İyl 17:06  
Digərləri Gecəyarı smartfondan çox istifadə bu xəstəliyi yaradır

Smartfon diabet xəstəliyinin yaranma riskini artırır.

arrow Ətraflı
Vergilər Nazirliyinə yeni səlahiyyətlər verilib like
  • 13 İyl 16:57  
Siyasət Vergilər Nazirliyinə yeni səlahiyyətlər verilib

Vergilər Nazirliyinə sığortaedənlərin işsizlikdən sığortası üzrə b

arrow Ətraflı
Vergilər Nazirliyinə yeni səlahiyyətlər verilib like
  • 13 İyl 16:55  
Digərləri Vergilər Nazirliyinə yeni səlahiyyətlər verilib

Vergilər Nazirliyinə sığortaedənlərin işsizlikdən sığortası üzrə b

arrow Ətraflı
Ailəli bacısının başqa kişi ilə münasibətini öyrəndi, bıçağa əl atdı like
  • 13 İyl 16:54  
Kriminal Ailəli bacısının başqa kişi ilə münasibətini öyrəndi, bıçağa əl atdı

Bakıda bacısını bıçaqlamaqda təqsirli bilinərək məhkum olunan Niyaməd

arrow Ətraflı
Sürücülərin nəzərinə: Bu zolağa girməyin like
  • 13 İyl 16:36  
Digərləri Sürücülərin nəzərinə: Bu zolağa girməyin

İyulun 20-28-də Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festiv

arrow Ətraflı
Prezident İlham Əliyev Emmanuel Makronu təbrik edib like
  • 13 İyl 16:33  
Digərləri Prezident İlham Əliyev Emmanuel Makronu təbrik edib

Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makrona təbrik məktubu gö

arrow Ətraflı
“Fitch” Türkiyənin reytinqini aşağı saldı like
  • 13 İyl 16:30  
Dünya “Fitch” Türkiyənin reytinqini aşağı saldı

Beynəlxalq reytinq agentliyi "Fitch" Türkiyənin xarici valyutada uz

arrow Ətraflı
"Sən elə bir zirvəsən" mahnısı əlilliyi olan şəxslərin ifasında like
  • 13 İyl 16:28  
Digərləri "Sən elə bir zirvəsən" mahnısı əlilliyi olan şəxslərin ifasında

Nazirliyinin sosial müəssisələrinin məzunları olan sağlamlıq imkanları

arrow Ətraflı