Qadınların eyni olduğunu göstərən görüntülər


Digərləri 13 İyl 2019 17:18:00 244 0

Qadınların eyni olduğunu göstərən görüntülər

Hər qadının özünəxas bir tərzi, ilginc hobbiləri var. Lakin bütün dünyadakı qadınları birləşdirən bir çox şey də var. Rusiyalı illüstrator Alyona Sofronova karikaturları ilə bütün qadınları eyni nöqtədə görüşdürür.

Son.az Teleqraf.com-a istinadən Sofronovanın qadınlar haqda çəkdiyi rəsmləri təqdim edir.

Alt paltarı çəkməcəsində şokolad

Geyindikləri corablar cırıq olsa da, şalvarın altından görünmür.

Köhnəlsə də yataq geyimlərindən imtina etmirlər.

Əksər qadınların belə bir libasları var, amma harada geyinəcəklərini bilmirlər.

Geyinməyə heç nə tapılmayan paltar dolu qarderob.

Unudulmaz xatirələrə dair əşyaların toplandığı bir qutu.

Kökəlmə ehtimalına qarşı saxlanılan dar şalvar.