Ailəli bacısının başqa kişi ilə münasibətini öyrəndi, bıçağa əl atdı


Kriminal 13 İyl 2019 16:54:00 282 0

Ailəli bacısının başqa kişi ilə münasibətini öyrəndi, bıçağa əl atdı

Bakıda bacısını bıçaqlamaqda təqsirli bilinərək məhkum olunan Niyaməddin Məmmədov Ali Məhkəməyə müraciət edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, onun müraciəti ilə bağlı məhkəmə prosesi hakim Tahir Kazımovun sədrliyi ilə sentyabr ayının 25-də keçiriləcək.

İttiham aktına görə, Xətai rayonunda kirayədə yaşayan 1993-cü il təvəllüdlü Əfsanə Əhmədova qısqanclıq zəminində qardaşı Niyaməddin Məmmədov tərəfindən bıçaqlanıb.

Qadın Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Niyaməddin Məmmədov ailəli olan bacısının başqa kişi ilə münasibəti olduğunu öyrənib və buna görə onu bıçaqlayıb.