Vergilər Nazirliyinə yeni səlahiyyətlər verilib


Digərləri 13 İyl 2019 16:55:06 219 0

Vergilər Nazirliyinə yeni səlahiyyətlər verilib

Vergilər Nazirliyinə sığortaedənlərin işsizlikdən sığortası üzrə bəzi səlahiyyətlər verilib.

Bakı. İlhamə İsabalayeva - Vergilər Nazirliyinə sığortaedənlərin işsizlikdən sığortası üzrə bəzi səlahiyyətlər verilib. Trend-in məlumatına görə, Nazirlər Kabineti bununla bağlı bəzi qanunvericilik aktlarına dəyişiklik edib. “Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası”nın indiyədək olan variantına əsasən, sığortaedənlər işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyata alınmağa borcludurlar. Bu qaydanın qeyd edilən bəndinin yeni redaksiyada verilmiş variantında göstərilir ki, sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Vergilər Nazirliyindən daxil olan məlumat əsasında aparılır. Bununla yanaşı, indiyədək sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydasının icrasına nəzarəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun orqanları həyata keçirirdilər. Fondun orqanları bu nəzarəti məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarına və məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu qaydalarına uyğun aparırdılar. Qaydaya edilən yeni dəyişikliyə görə, qeyd edilən məsələləri fondun orqanları ilə yanaşı, vergi orqanları da həyata keçirəcəklər.